Emal sənayesində bu ilin birinci rübündə 4561,2 milyon manatlıq məhsul istehsal olunub və sənaye xarakterli xidmətlər göstərilib.

İqtisadiyyat.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə içki istehsalında 24,5 faiz, tütün məmulatlarının istehsalında 15,6 faiz artım, qida məhsullarının istehsalında isə 2,6 faiz azalma müşahidə olunub.

Bu sahələrin əsas məhsullarından tütün istehsalı 7,9 dəfə, viski (konyak) istehsalı 7,4 dəfə, pivə istehsalı 17,5 faiz artıb, şəkər, qənd istehsalı isə 36,5 faiz azalıb.

 

Gözəl Həşimova