Rusiyada mənzil kirayəsi qiymətləri bu il ərzində 16% artıb.

Bu barədə İqtisadiyyat.az “Gazeta.Ru”ya istinadən xəbər verir.

Məlumata görə, kirayə qiymətləri orta hesabla 25 min rubldan 29 min rubla qədər artıb. Fevral ayından bu yana nisbət 3,6% artıb. Bir otaqlı mənzillərin kirayəsi ötən illə müqayisədə 25% bahalaşaraq 25 min rubla, iki otaqlı mənzillərin kirayəsi 10% artaraq 33 minə çatıb.

Bildirilib ki, qiymətlər yaxın gələcəkdə də azalmayacaq. İstənilən halda isə kəskin bahalaşma və ya ucuzlaşma gözlənilmir.

 

Gözəl Həşimova