Dünyanın ən böyük kərpic istehsalçısı "Wienerberge" Rusiyadakı iki zavodunu satıb.

Bu barədə İqtisadiyyat.az "RBC"ya istinadən xəbər verir.

Beləliklə, Avstriyanın "Wienerberger" konserni Rusiya bazarından çıxıb. Sövdələşmənin tərəfləri zavodların dəyərini açıqlamamaq qərarına gəliblər. Zavodlardan biri 2004-cü ildə, digəri isə 2008-ci ildə fəaliyyətə başlayıb. Onların ümumi layihə gücü ildə 450 milyon kərpic təşkil edir.

Qeyd edək ki, şirkət 2022-ci ildə geosiyasi vəziyyətə görə Rusiyanı tərk etməyi planlaşdırdığını, lakin daim dəyişən qanunvericilik kontekstində əməliyyatın həyata keçirilməsinin çətin olduğunu açıqlayıb.

 

Gözəl Həşimova