Bu ilin yanvar-fevral aylarında Azərbaycan 17,7 milyon ABŞ dolları dəyərində ayaqqabı idxal edib.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1,4 milyon dollar azdır.

Qeyd edək ki, bu dövrdə Azərbaycan 49,8 milyon ABŞ dolları dəyərində geyim əşyaları və geyim üçün ləvazimatlar idxal edib.

 

Gözəl Həşimova