İnvestor axını ilə əlaqədar qızılın qiyməti bir troy unsiyası üçün 3 min dollara yüksələcək.

İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı "Citigroup" analitikləri proqnoz veriblər.

Məlumata görə, qızılın qiyməti 6 ay ilə 1,5 il arasında kəskin bahalaşacaq. Belə ki, ABŞ Federal Ehtiyatlar Sisteminin faiz dərəcələrini azaltması ərəfəsində qızıla investisiyalar artıracaq.

Bildirilib ki, son illərdə qızıl birjasında ticarət edilən fondlara çox az investisiyalar qoyulub, lakin qeyd olunan səbəblərə görə dinamika dəyişə bilər.

Onların fikrincə, bu il qiymətli metalın qiyməti bir unsiya üçün 2,350 min dollara, gələn il isə 2,875 min dollara çata bilər.

 

Gözəl Həşimova