Yeni Zelandiya hökuməti ölkədə birdəfəlik istifadə üçün nəzərdə tutulan elektron siqaretlərin satışını qadağan edəcək.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə nazirinin müavini Kasey Kastello bildirib.

Elektron siqaretdən istifadənin artmasının ailələri, müəllimləri və səhiyyə işçilərini narahat etdiyini deyən Kastello bildirib ki, ölkədə yetkinlik yaşına çatmayanların elektron siqaret istifadəsindən uzaq tutulması üçün yeni tənzimləmə aparılacaq.

Elektron siqaretlərin istifadəsini qadağan etməyi hədəfləyən tənzimləmədə 18 yaşdan kiçik şəxslərə elektron siqaret satan ticarət müəssisələrinin 60 min dollara qədər cərimə oluna biləcəyi bildirilib.