Azərbaycanda, Neftçala Sənaye məhəlləsində «Azərmaş» şirkəti tərəfindən istehsal olunan «Xəzər» və digər avtomobillərin satışı üçün güzəştli kreditlər veriləcək.

Bununla bağlı təklif Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası (AADA) və Azərbaycan Banklar Assosiasiyasının (ABA) keçirdiyi toplantıda səslənib.

Avtomobil satışları və avtokreditlərin şərtlərinin müzakirə edildiyi toplantıda ABA prezidenti Zakir Nuriyev bildirib ki, banklar yerli istehsal məhsulu olan avtomobillərin güzəştli kreditləşməsi məsələsini müzakirə etməyə hazırdır. ABA rəhbəri AADA-ya bununla bağlı xüsusi proqramın hazırlanmasını təklif edib.fed.az