Araz çayı üzərindəki Bəhrəmtəpə hidroqovşağında qəza vəziyyəti yaranıb.
Bu barədə İqtisadiyyat.az Tikilməkdə Olan Obyektlərin Müdiriyyətindən məlumat əldə edib.
Qeyd edilib ki, qurum qəza vəziyyətinin aradan qaldırılması ilə bağlı tədbirlərə başlayıb.
Belə ki, tədbirlər zamanı təmir-bərpa işləri aparılacaq.
Qurum qəza vəziyyətinin aradan qaldırılmasına 14,5 milyon manata başa gələcəyini ehtimal edir.
Qeyd edək ki, Bəhrəmtəpə hidroqovşağı Araz çayının İmişli rayonundan keçən hissəsində yerləşir.
1958-ci ildən istifadəyə verilən Bəhrəmtəpə hidroqovşağı 6 rayonu (İmişli, Saatlı, Sabirabad, Biləsuvar, Cəbrayıl və Cəlilabad rayonları) suvarma suyu ilə təmin edir.