Tacikistan Çin şirkətləri ilə ortaq şəkildə elektrikli avtomobillərin istehsalına başlamağı planlaşdırır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Nəqliyyat Nazirliyinin məlumatında deyilir.

Bildirilib ki, ölkə elektriklə işləyən avtomobillərin idxalını xeyli artırıb. 2023-cü il ərzində Tacikistana ümumi dəyəri 59 milyon dollar olan 3316, bu ilin birinci yarısında isə 76,4 milyon dollar dəyərində 5266 elektrikli avtomobil idxal edilib. Belə ki, idxal olunan avtomobillərin ümumi sayının 26,7 faizini elektriklə işləyən avtomobillər təşkil edib

Buna görə də ölkə elektromobillərin istehsalına təxminən 21,51 milyon dollar xərcləməyi planlaşdırır.

 

Gözəl Həşimova