Dünya üzrə toyuqların sayı 1990-cı ildən bəri iki dəfədən çox artıb. 2000-ci ildə təxminən 13,9 milyard olan toyuqların sayı 2022-ci ildə 26,56 milyarda yüksəlib.
İqtisadiyyat.az-ın arşdırmasına görə, 2022-ci ildə dünyada toyuqların sayı rekord səviyyəyə çatıb.
Məlumata görə, Çin 2022-ci ildə 584 milyard yumurta istehsal edərək dünyada lider olub . Siyahıda ikinci yerdə 132 milyard yumurta istehsalı ilə İndoneziya qərarlaşıb. ABŞ dünyada yumurta istehsalına görə həmin il dördüncü yeri tutub.
Son bir neçə ildə quş əti dünya miqyasında ən çox istehsal edilən ət növü kimi donuz ətini qabaqlayıb. ABŞ 2023-cü ildə təxminən 21,3 milyon ton broyler əti istehsalı həcminə sahibdir. Broyler əti istehsalına görə Braziliya və Çin müvafiq olaraq 14,9 milyon və 14,3 milyon tonla ikinci və üçüncü yerdədirlər.
Ümumillikdə dünyada toyuqların sayı illərə görə belə artıb:
İllər |
Toyuqların sayı |
1990 |
10,6 milyard |
2000 |
13,9 milyard |
2010 |
19,7 milyard |
2011 |
19,4 milyard |
2012 |
19,9 milyard |
2013 |
20,4 milyard |
2014 |
20,6 milyard |
2015 |
21,8 milyard |
2016 |
22,5 milyard |
2017 |
24,6 milyard |
2018 |
25 milyard |
2019 |
25,7 milyard |
2020 |
25,8 milyard |
2021 |
25,9 milyard |
2022 |
26,5 milyard |
Əlavə edək ki, 2022-ci ildə 101,8 milyon ton toyuq əti istehsal olunub. Bu il toyuq istehsalının təxminən 104,2 milyon tona yüksələcəyi proqnozlaşdırılır.
Gözəl Həşimova