Mərkəzi Seçki Komissiyası (MSK) Milli Məclisə seçkilərə dair yeni videoçarx hazırlayıb. 

“Seçki 2024” Müstəqil Media Mərkəzi xəbər verir ki, “Səsvermədə iştirak edək” adlı videoçarxda sentyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin keçiriləcəyi xatırladılıb, MSK seçiciləri səsvermədə fəal iştiraka çağırıb. “Səsimiz həlledicidir!”,  “Səsvermədə fəal iştirak edək!”, - deyə videoçarxda çağırış edilib.

 Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.

Videoçarxı təqdim edirik: