Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Kür çayının Ağstafa rayonu, Saloğlu qəsəbəsindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.
İqtisadiyyat.az nazirliyə istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
Əlavə məlumat veriləcək.
***
18:08
Ağstafada bir nəfər Kür çayında batıb.
İqtisadiyyat.az xəbər verir ki, hadisə Kür çayının rayonun Saloğlu kəndindən keçən hissəsində qeydə alınıb.
Əraziyə FHN-in dalğıc-axtarış qrupu cəlb olunub.//APA