Bu ilin birinci yarısında Türkiyədən 80 ölkəyə 5 milyard 643 milyon 758 min dollar dəyərində minik avtomobili ixrac edilib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Uludağ Avtomobil Sənayesi İxracatçıları Birliyinin məlumatında deyilir.

Məlumata görə, yanvar-iyun dövründə minik avtomobilləri 80 ölkəyə satılıb.

Avtomobil sənayesinin bu dövrdəki 17 milyard 701 milyon 161 min dollarlıq xarici satışlarının 31,9%-ni minik avtomobili ixracatı təşkil edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,5% çoxdur.

 

Gözəl Həşimova