Almaniyanın lüks avtomobil istehsalçısı "Porsche" bu ilin birinci yarısı üçün gəlir və mənfəətini açıqlayıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə şirkətin hesabatında deyilir.

Hesabat dövründə şirkətin xalis mənfəəti illik müqayisədə 2,77 milyard avrodan 2,15 milyard avroya qədər azalıb.

Bu dövrdə "Porsche"nin gəliri isə 20,43 milyard avrodan 19,46 milyard avroya düşüb. Ötən altı ayda şirkət 156 min avtomobil tədarük edib ki, bu da illik müqayisədə 6,8% azdır.

 

Gözəl Həşimova