Cənubi Koreyanın “Hyundai Motor Corporation” şirkəti İndoneziyada “uçan taksi”ni uğurla sınaqdan keçirib.

İqtisadiyyat.az bu barədə xarici KİV-lərə istinadən xəbər verir.

Məlumata görə, “uçan taksi” 50-80 m hündürlükdə 200 km/saat sürətlə hərəkət edə bilir. Hava taksi modelində üç sərnişin və bir pilotluq yer mövcuddur.

Bildirilib ki, sınaqlar İndoneziyanın yeni paytaxtı Nusantaranın yaxınlığında yerləşən və tikintisi davam edən Samarinda hava limanında aparılıb.

Qeyd olunur ki, Asiya ölkəsinin hakimiyyəti 2030-cu ilə qədər “uçan taksilər”i işə salmağı planlaşdırır.

 

Sadiq Cavadov