Cənubi Koreyanın ən böyük avtomobil istehsalçısı olan "Hyundai Motor"un bu ilin ikinci rübündə xalis mənfəəti 25% artıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə şirkətin press-relizində deyilir.

Buna səbəb isə Şimali Amerikada "Hyundai" avtomobillərinin güclü satışı olub. Hesabat dövründə şirkət 4,17 trilyon von (3,02 milyard dollar) xalis mənfəət əldə edib.

Avtomobil istehsalçısının rüblük gəliri isə 6,6% artaraq 45,02 trilyon von olub.

Son rübdə "Hyundai" 1,06 milyon avtomobil satıb ki, bu da illik müqayisədə 0,2% azdır.

 

Gözəl Həşimova