Bu ilin ikinci rübündə İtaliyanın avtomobil istehsalçısı "Ferrari" xalis mənfəətini və gəlirini artırıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

Hesabat rübündə şirkətin xalis mənfəəti 334 milyon avrodan 413 milyon avroya yüksəlib.

"Ferrari"nin ikinci rübdə gəliri 16% artaraq 1,47 milyard avrodan 1,71 milyard avroya çatıb.

Bundan əlavə, ötən rübdə şirkət 3484 avtomobil satıb.

Qeyd edək ki, bu ilin əvvəlindən "Ferrari"nin kapitallaşması 27,8% artaraq 93,12 milyard avroya çatıb.

 

Gözəl Həşimova