Ukrayna Milli Bankının (UMB) sədri Kirill Şevçenko istefa verib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Bankın mətbuat xidməti feysbukda məlumat yayıb.

“Dostlar, artıq görməzdən gələ bilməyəcəyim sağlamlıq səbəbi ilə özüm üçün çətin bir qərar verdim. Mən Ukrayna Milli Bankının rəhbəri vəzifəsini tərk edirəm. İstefamı qəbul etmək xahişi ilə Ukrayna Prezidentinə müraciət etdim”, - UMB-nin rəhbəri bildirib.