"Dövlət satınalmalarının vahid internet Portalı haqqında Əsasnamə»yə uyğun olaraq Portalda iştirak haqqı ödənişləri 2020-ci il 15 aprel tarixindən etibarən “ASAN ödəniş” sistemi vasitəsilə aparılacaq. 

İqtisadiyyat.Az xəbər verir ki, Malgöndərənlər/Podratçılar: Portalda qeyd olunan tarixdən sonra yaradılan elektron tenderlərdə iştirak etmək üçün yalnız “ASAN ödəniş” sisteminə keçid edərək nağdsız ödəniş etməklə tenderdə iştirak etmək mümkün olacaq. 

Satınalan təşkilatlar: Portalda elektron tender yaradılan zaman satınalan təşkilatlar tərəfindən “ASAN ödəniş” sistemində qeydiyyatdan keçmiş bank rekvizitlərindən istifadə ediləcəkdir. Bu məqsədlə 2020-ci il 15 aprel tarixindən etibarən Tənzimləmələr bölməsində olan “ASAN ödəniş” bölməsi vasitəsilə bank rekvizitlərini qeydiyyatdan keçirməyə ehtiyac var. Qeyd olunan tarixdən sonra tenderlər yaradılarkən yalnız qeydiyyatdan keçmiş bank rekvizitlərindən istifadə ediləcəkdir. Bank rekvizitlərinin səhv daxil edilməsi nəticəsində yaranmış hər hansı problemlə əlaqədar satınalan təşkilat məsuliyyət daşıyır.