"Yapı İnşaat" Mənzil-Tikinti Kooperativi (MTK) ilə Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) arasında narazılıqlar yaranıb.

İqtisadiyyat.az xəbər verir ki, buna səbəb isə icra hakimiyyətinin öhdəliklərinə əməl etmədiyi idda olunur.

Buna görə də BŞİH-lə anlaşa bilməyən MTK məhkəməyə üz tutub. Beləliklə, "Yapı İnşaat" məhkəmədə BŞİH-ə qarşı iddia qaldırıb.

İşin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələrlə (icarə müqaviləsi üzrə mübahisələr) bağlıdır.

İş hazırda apellyasiya mərhələsindədir. Şikayət Bakı Apellyasiya Məhkəməsinin hakimi Vüsalə Baxışov sədrliyi iləa raşdırılacaq.