"Vətən müharibəsi başa çatandan sonra Suqovuşan su anbarından, təxminən, 30 min hektar ərazi üzrə - Tərtər, Goranboy, Yevlax və Bərdə rayonunun ərazisində əkin sahələrinin suvarılması təmin olunub".

Bunu "Report"un Tərtərə ezam olunan əməkdaşına açıqlamasında Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov deyib.

O qeyd edib ki, bu il qeyd olunan ərazilərin sakinləri həmin sulardan istifadə edə biliblər.