Ötən ay qlobal xam polad istehsalı keçən ilin eyni ayına görə 3,7% artaraq 148,8 milyon tona çatıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Dünya Polad Assosiasiyası fevral ayı üçün xam polad istehsalı məlumatlarını açıqlayıb.

Hesabat dövründə Türkiyənin xam polad istehsalı 46,6% artaraq 3,1 milyon tona çatıb. Bu dövrdə dünyanın ən böyük polad istehsalçısı olan Çinin istehsal həcmi 3,5% artaraq 81,2 milyon tona çatıb.

Xam polad istehsalı Yaponiyada 1,1% artaraq 7 milyon tona, Almaniyada isə 4,4% artaraq 3,1 milyon tona çatıb. ABŞ-nin istehsalı isə 1,2% azalaraq 6,5 milyon tona düşüb.

Sözügedən dövrdə Rusiyada polad istehsalı 4,4% azalaraq 5,7 milyon ton, İranda isə 14,3% artaraq 2,2 milyon ton olub.

 

Gözəl Həşimova