Mövcud kredit portfeli üzrə faizlərin subsidiyalaşdırılması mexanizmi çərçivəsində indiyədək 6333 müraciət daxil olub, bunlardan 5047-nə subsidiya verilməsi barədə müsbət qərar qəbul edilib.

İqtisadiyyat.az xəbər verir ki,Sahibkarlığın İnkişafı Fondu məlumat yayımlayıb.

Məlumata görə,təsdiqlənmiş subsidiyanın məbləği 71.4 milyon manatdır.

Qeyd etmək lazımdır ki, faiz subsidiyası pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən və 2020-ci il 10 mart tarixinə aktiv kredit borcu olan sahibkarların kredit təşkilatlarından manatla aldıqları kreditlərə verilir. Faiz subsidiyası kreditlərin illik faiz dərəcəsinin 10% bəndi həcmində və 2020-ci ilin mart ayından başlayaraq 12 aydan çox olmayan müddətdə ödənilir.