Oktyabr ayında Rusiya Türkiyəyə neft və neft məhsullarının əsas tədarükçüsü olub. TASS ölkənin enerji bazarına nəzarət və tənzimləmə departamentinə istinadən xəbər verir ki, ixracın həcmi 2,174 milyon ton təşkil edib.

Rusiyadan sonra İraq (860 min ton) və Qazaxıstan (226 min 567 ton) gəlir. Ümumilikdə, oktyabrda Türkiyəyə neft və neft məhsullarının idxalı illik ifadədə 0,04 faiz azalaraq, 4 milyon 203 min 519 ton olub. Xam neft idxalı 0,3 faiz, dizel yanacağının idxalı 17,5 faiz azalıb. Oktyabrda Türkiyədə neft məhsullarının satışı 8,7 faiz azalaraq 2 milyon 652 min 239 ton olub.

Bundan əvvəl Türkiyənin cənub-şərqində 150 ​​milyon barel ehtiyata malik böyük neft yatağının aşkar edildiyi bildirilirdi. Bu barədə prezident Rəcəb Tayyib Ərdoğan məlumat verib.