Rəşad Museyib oğlu Məcidov (Rəşad Məcid) 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, R.Məcid 2022-ci ildən Azərbaycan Mətbuat Şurasının sədri, 2021-ci ildən isə Azərbaycan Yazıçılar Birliyi sədrinin müavinidir. Avqustun 21-də Rəşid Məcidin 60 yaşı tamam olur.