Seçkilərlə bağlı cəzaçəkmə müəssisələrinin rəhbərləri üçün seminar təşkil olunacaq.

“Seçki 2024” Müstəqil Media Mərkəzi xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

O qeyd edib ki, seminar Ədliyyə Nazirliyi ilə birlikdə təşkil ediləcək.