Cari ilin ilk 6 ayı ərzində aliment tələbinə dair 11 319 məhkəmə qərarı daxil olub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən bildirilib.

Qeyd edilib ki, icraatda olan aliment işləri üzrə 4 259 nəfər axtarışdadır.

İnzibati qaydada həbs olunan şəxslərin sayı 1 051 nəfər, cinayət məsuliyyətinə cəlb olunan şəxslərin sayı isə 98 nəfərdir.