Sentyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərdə namizədliyi qeydə alınmış şəxslərin yaş kateqoriyası açıqlanıb.

İqtisadiyyat.az "Seçki 2024" Müstəqil Media Mərkəzinə istinadən xəbər verir ki, “Vətəndaş cəmiyyəti uğrunda” QHT Seçki Müşahidə Koalisiyasının aralıq hesabatında növbədənkənar parlament seçkilərində 1052 nəfərin deputatlığa namizədliyinin qeydə alındığı bildirilib.  

Hesabatda qeyd edilib ki, ümumilikdə 1 508  nəfər namizədlik üçün müraciət edib. Deputatlığa namizədliyi irəli sürülən 1 462 nəfərin namizədliyi təsdiqlənib, onlardan 1420 nəfərə imza vərəqləri verilib, 1 197 nəfər imza vərəqələrini qaytarıb. Beləliklə, 145 nəfərin (12%)  namizədliyi qeydə alınmayıb.

Koalisiya Mərkəzi Seçki Komissiyasının məlumatları və açıq mənbələr əsasında qeydə alınmış namizədlərlə əlaqədar təhlil aparıb.

Namizədliyi qeydə alınmış 1 052 nəfərin faiz nisbəti ilə yaş qruplara bölgüsü aşağıdakı kimi olub:

18-39 yaş: ~39,4%

40-59 yaş: ~43.0%

60 yaş və yuxarı: ~17,6%

Gender bölgüsünə əsasən namizədlərin faiz nisbəti ilə say bölgüsü aşağıdakı kimidir:

Qadın – 26.4%

Kişi – 73, 6%

Namizədliyi qeydə alınan nəfərdən 308 nəfər 25 siyasi partiyanın nümayəndələridir. 25 siyasi  partiyanın 592 nəfər səlahiyyətli nümayəndəsi qeydə alınıb.