Alman avtomobil istehsalçısı “Bayerische Motoren Werke”nin (BMW) qısaqapanma ehtimalı səbəbindən Birləşmiş Ştatlarda 720,8 min avtomobili geri çağırır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ABŞ Milli Avtomobil Yolları Hərəkətinin Təhlükəsizliyi İdarəsi (NHTSA) məlumat yayıb.

Məlumata görə, avtomobillərdə soyuducu nasosdakı izolyasiya edilmiş elektrik konnektoru qısa qapanmaya səbəb olaraq suya məruz qala bilər.

Həmçinin ötən həftənin sonunda avtomobil istehsalçısı Yapon istehsalçısı “Takata”nın problemli təhlükəsizlik yastıqlarına görə Çində 1,36 milyon avtomobili geri çağırdığını elan edib. Onlardan 598,5 minə yaxın avtomobil Çində BMW “Brilliance Automotive” birgə müəssisəsi tərəfindən istehsal edilib.

Çin Xalq Respublikasının Bazarın Tənzimlənməsi üzrə Dövlət Administrasiyasının açıqlamasında bildirilir ki, geri çağrılan avtomobillər 2003-2017-ci il istehsallıdır.

 

Sadiq Cavadov