“Uklon Azərbaycan” Məhdud Məsuliyyətli Cəmiyyəti nizamnamə kapitalını azaltdığını elan edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə şirkət özü məlumat yayıb.

Şirkət nizamnamə kapitalını nə qədər azaltdığını açıqlamayıb.

Kreditorlar bir ay müddətində tələbləri barədə şirkətin hüquqi ünvanına bildirə bilərlər.

Qeyd edək ki, ötən ilin fevralında dövlət qeydiyyatına alınan “Uklon Azərbaycan”ın nizamnamə kapitalı 5 602 345.76 dollardır.