Ağdərə rayonunun Talış kəndində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin 2 çıxışlı Yanğından Mühafizə Bölməsinin binası tikiləcək.
İqtisadiyyat.az xəbər verir ki, FHN-in Əsaslı Tikinti İdarəsi bununla bağlı hazırlıqlara başlayıb.
Nazirlik tikinti işlərinin 2,5 milyon manata başa gələcəyini ehtimal edir.