Sentyabrın 1-də keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərdə işğaldan azad olunmuş ərazilər üzrə 42 mindən çox seçici səs verəcək. 

“Seçki 2024” Müstəqil Media Mərkəzi xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

O qeyd edib ki, azad edilən ərazilərdə 54 seçki məntəqəsi fəaliyyət göstərəcək: “Onların 34-ü daimi, 20-i müvəqqətidir. Amma müvəqqəti seçki məntəqələrinin sayı artırıla bilər”.

Hazırda ölkədəki seçicilərin sayı 6 421 073 nəfərdir.

M.Pənahov deyib ki, Milli Məclisə seçkilərdə 6 min 477 seçki məntəqəsi fəaliyyət göstərir. MSK sədri bildirib ki, onlardan 6 min 343 daimi, 134-ü isə müvəqqəti seçki məntəqələridir.