Çin bu ilin yanvar-iyul aylarında Rusiyadan buğda və arpa idxalını əhəmiyyətli dərəcədə artırıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Çin Dövlət Gömrük İdarəsinin materiallarında deyilir.

Bu dövrdə Rusiyadan buğda idxalı 8 dəfə artaraq 6,381 milyon dollardan 48,236 milyon dollara, arpa idxalı isə 25,075 dollardan 112,478 milyon dollara yüksəlib.

Eyni zamanda, ölkədən qarğıdalı alışı kəskin şəkildə azalıb. Belə ki, ölkənin qarğıdalı idxalı 3 dəfədən çox azalaraq 64,31 milyon dollardan 20,911 milyon dollara enib.

 

Gözəl Həşimova