Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin Aparatının və strukturuna daxil olan qurumların işçilərinin ümumi say həddinin təsdiq edilməsi və “Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Aparatının, rayon (şəhər) təhsil şöbələrinin, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin və rayon təhsil şöbələrinin Mərkəzi mühasibatlığının ştat cədvəllərinin təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2022-ci il 19 yanvar tarixli Qərarında dəyişiklik edilib.

Bu barədə İqtisadiyyat.az-a Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.

Digər qərarla, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin müvafiq Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin sərəncamında olan və Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin balansına verilməsi nəzərdə tutulan ləğv edilmiş Kəngərli və Sədərək rayon baytarlıq şöbələrinə məxsus əsas vəsaitlərin Siyahısı” təsdiq edilib.