Bu gün Masallı şəhərində “Rahat” marketlər şəbəkəsinin yeni filialı fəaliyyətə başlayıb.

Yeni filialın açılışı ilə əlaqədar olaraq xüsusi endirimli və hədiyyəli məhsullar müştərilərə təqdim olunur.

Kampaniyalar 10 dekabr tarixinədək davam edəcək.

Bundan əlavə digər “Rahat” supermarketlərində olduğu kimi, yeni Masallı filialda da həftəsonu endirimlər və kampaniyalar olacaq.

Qeyd edək ki, açılışda “Rahat” supermarketlər şəbəkəsinin rəhbəri və Azərbaycan Pərakəndəçilər Assosiasiyasının direktoru Samir Abdullayev də iştirak edib. Tədbirdə bir sıra layihələr üzrə fikir mübadiləsi də aparılıb.

Ünvan: Masallı şəhəri, Heydər Əliyev prospekti 171 (Əvvəlki Univermağın yeri, köhnə bazarın yanı).