"Bazarstore" ilə "Qaraqaşlı-Broyler" şirkəti arasında qalmaqal yaranıb.

İqtisadiyyat.az xəbər verir ki, qalmaqal müqavilələrdən əmələ gələn öhdəliklərin yerinə yetirilməməsinə görə baş verib.

Buna görə də "Bazarstore" "Qaraqaşlı-Broyler" şirkətinə qarşı məhkəmədə iddia qaldırıb.

İş Şirvan Kommersiya Məhkəməsində hakim Namidar Misirzadənin sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, "Qaraqaşlı-Broyler" şirkəti "Bazarstore" mağazalar şəbəkəsinə broyler məhsulları satır.