“Bakıtikişsənaye” ASC səhmdarlarına dividend ödəyəcək.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ASC səhmdarlarının iyunun 12-də keçiriləcək illik ümumi yığıncağında qərar veriləcək.

Yığıncaqda ASC-nin ötən il üçün illik maliyyə hesabatı, dividendlərin verilməsi və digər məsələlər müzakirə olunacaq.

Qeyd edək ki, “Bakıtikişsənaye” 2004-cü ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 340 750 manat, qanuni təmsilçisi Qalayev Məmməd Novruz oğludur.