Finlandiya ruslara ölkədə daşınmaz əmlak almağı qadağan edən qanun layihəsini təsdiqləyib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ölkənin ədliyyə nazirliyi məlumat yayıb.

Onun sözlərinə görə, hökumətin bu məsələ ilə bağlı qanun layihəsi kifayət qədər yaxşı hazırlanıb.

Bildirilib ki, rusların ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini pozmuş kimi tanınan şəxslərin daşınmaz əmlak alqı-satqısını qadağan edən qanun layihəsi Finlandiyanın ədliyyə kansleri tərəfindən təsdiqlənib.

 

Gözəl Həşimova