Beynəlxalq reytinq agentliyi "Fitch Ratings" bu il üçün qlobal iqtisadi artım proqnozunu 2,6 faizdən 2,7 faizə yüksəldib.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə qurumun qlobal iqtisadi görünüş hesabatında deyilir.
Hesabatda bu nisbətin iyun ayında proqnozlaşdırılandan 0,1 bənd yüksək olduğu, ABŞ, Böyük Britaniya, Braziliya və Rusiya üçün artım proqnozlarının yuxarıya doğru yenidən nəzərdən keçirildiyi vurğulanıb.
Qurum qlobal iqtisadi artımın 2025-ci ildə 2,5 faizə, 2026-cı ildə isə 2,4 faizə enməsini proqnozlaşdırır.
Hesabatda Çinin bu il 4,8 faiz, gələn il 4,5 faiz, ABŞ-nin bu il 2,5 faiz, 2025 və 2026-cı illərdə 1,6 faiz, Avrozonanın bu il 0,8 faiz, 2025-ci ildə isə 1,5 faiz böyüyəcəyi proqnoz edilir.
Eyni zamanda, agentlik Türkiyə iqtisadiyyatının bu il 3,5 faiz, 2025-ci ildə 2,8 faiz, 2026-cı ildə isə 3,7 faiz artacağını gözləyir.
Gözəl Həşimova