Belarus-Ukrayna sərhədinin təhlükəsizliyi çevik polisin xüsusi təyinatlıları və daxili qoşunlar tərəfindən gücləndirilib.

İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Belarusun daxili işlər naziri İvan Kubrakov bildirib.

“Departament Rusiyanın Kursk vilayətində Ukrayna Silahlı Qüvvələrinin hərəkətlərini təhlil edib. Belarusun cənub sərhədləri yaxınlığında yaranmış gərgin vəziyyətlə əlaqədar olaraq sərhəd bölgəsinə çevik polis və daxili qoşunların xüsusi təyinatlı hissələri yerləşdirilib. Əsas məqsəd düşmənin məskunlaşdığı ərazilərə daxil olmasının qarşısını almaq və vətəndaşlarımızın təhlükəsizliyini təmin etməkdir”, - o deyib.