Rusiyanın Hava Hücumundan Müdafiə Qüvvələri (HHQ) Kursk vilayətinin sərhəd bölgəsində Ukrayna ordusuna məxsus iki aviasiya bombasını zərərsizləşdirib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Kurskda qubernator səlahiyyətlərini icra edən Aleksey Smirnov öz teleqram kanalında bildirib.

“Ukrayna Silahlı Qüvvələrinin daha iki idarə olunan aviabombası axşam saatlarında Kursk vilayətinin sərhəd bölgəsində məhv edilib”,,-deyə qubernator vurğulayıb.

Qeyd edək ki, Rusiya qoşunları Kursk vilayətində genişmiqyaslı əks-hücum əməliyyatına başlayıb. Bildirilir ki, Rusiya hərbçiləri artıq Ukrayna Silahlı Qüvvələrini Qordeevka kəndindən çıxarıb. Ümumilikdə 24 saat ərzində 10 km-dən çox ərazi azad edilib. Hazırda Rusiya Silahlı Qüvvələri Apanasovka, Snaqosta, Vişnyovka və Martınovkada irəliləyir.