Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi  tərəfindən “164 (bir yüz altmış dörd) ədəd “Khazar LX” markalı minik avtomobillərinin satın alınması” məqsədilə keçirilən tenderin qalibi “Azətmaş” MMC olub.

İqtisadiyyat.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi  164  ədəd “Khazar LX” markalı minik avtomobili üçün “Azətmaş” MMC-yə 1 milyon 999 min 980 manat ödəyəcək. 
Nazirliyin “Azətmaş” MMC-dən alacağı avtomobilin 1 ədədinin qiyməti 12 min 195 manat olacaq.