Bu ilin yanvar-oktyabr aylarında Naxçıvan Muxtar Respublikasında bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 232.9 mln. manatdan çox kredit verilib ki, bu da bir il öncəki göstəricidən 25.4 faiz çoxdur.

İqtisadiyyat.az Naxçıvan Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir ki, verilən kreditlərin 19.1 milyon manatdan çoxu və yaxud 8.2 faizi qısamüddətli, 213.9 milyon manatdan çoxu və yaxud 91.8 faizi uzunmüddətli kreditlər olub.