“İqlim siyasəti üzrə yeni çağırışlar hazırda ən çox diqqət yetirilən qlobal məsələlərdəndir”.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün sosial şəbəkə hesabında yazıb.

“Asiya İnfrastruktur İnvestisiya Bankının (Asian Infrastructure Investment Bank) Müdirlər Şurasının 6-cı İllik Toplantısında 2030-cu ilədək müəyyən edilmiş hədəflər üzrə Azərbaycanda “yaşıl” və “ağıllı” konsepsiyalarının tətbiqi istiqamətində Bankla tərəfdaşlıq perspektivlərini nəzərdən keçirdik”, - deyə, nazir qeyd edib.