"Heineken" pivə konserni Rusiyaya pivə ixracını dayandırır. 

Bu barədə şirkət açıqlama yayıb.

Bununla belə, şirkətin Rusiyada olan bütün zavodları, əməliyyat və kommersiya bölmələri adi qaydada işləməyə davam edəcək. "Heineken" həmçinin Rusiyada yeni investisiya layihələrini dayandırdığını bildirib. Bundan əvvəl pivə istehsalçısı "Carlsberg" Rusiyanın "Baltika" pivə zavodlarına pivə tədarükünü dayandıracağını açıqlamışdı.

Oxşar qərar Çexiyanın "Plzensky Prazdroj", "Budweiser Budvar", "Bernard" və "Staropramen" kimi ən böyük pivə istehsalçıları tərəfindən də qəbul edilib.

Həmçinin dünyanın ən böyük spirtli içki istehsalçılarından biri olan Britaniyanın "Diageo" şirkəti Rusiyaya ixracını müvəqqəti dayandırıb.