Litva Rusiyada elan edilmiş qismən səfərbərlikdən yayınan rusiyalılar tərəfindən sərhədin pozulması cəhdləri artacağı tədqirdə Kalininqrad vilayəti ilə dövlət sərhədinin mühafizəsini gücləndirmək üçün tədbirlər planı hazırlayıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Litva Seyminin Milli Təhlükəsizlik və Müdafiə Komitəsinin rəhbəri Laurinas Kasçyunas jurnalistlərə deyib.

O, Kalininqrad vilayəti ilə sərhədə video sistemlər vasitəsilə nəzarət edildiyini, lakin pozuntu halları baş verərsə, sərhədin mühafizəsinə ordu və digər vasitələrin cəlb olunacağını bildirib.

Bildirək ki, Litva rəsmi Kiyevin sorğusuna əsasən, Ukrayna pasportu təqdim edəcəkləri təqdirdə hərbi mükəlləfiyyətli Krım tatarlarının ölkəyə buraxılmasına razılıq vermişdi.

Xatırladaq ki, Krım sakinlərinə həm Rusiya, həm də Ukrayna pasportu daşımağa icazə verilir.

TASS-a istinadən xəbər verir ki, bu barədə Litva Seyminin Milli Təhlükəsizlik və Müdafiə Komitəsinin rəhbəri Laurinas Kasçyunas jurnalistlərə deyib.