“Limitlərin ləğv olunması və ya tariflərin dəyişdirilməsi ilə bağlı məsələlər “Azəriqaz” İB-nin səlahiyyətində deyil”.

Bu barədə “Azəriqaz” İB-nin Bakı Regional Qazın Satışı Departamentinin rəisi Zamin Mehrəliyev məlumat verib.

O bildirib ki, “Azəriqaz” yalnız limitlərin sıfırlanması prosesini həyata keçirir:

“Smart tipli sayğaclarda növbəti ildən sərfiyyat avtomatik olaraq yeni ilin limiti ilə hesablanır. Mexaniki sayğaclarda isə oxunuş bitdikdən sonra yeni ilin limiti tətbiq olunur. Əgər sayğac üzrə borcunuz varsa və orada yaşayış olmadan sizin sayğacınız əvəzlənibsə, çox güman ki, sayğac mənfi hesabata işləyib. Sayğacın işlək vəziyyətdə olmasını təmin etmək üçün qaz paylayıcının əvəzlənməsi isə qanunla tənzimlənir. Bu, mütləq şəkildə həyata keçirilir”.