Dünyanın ən zəngin insanı olan Cef Bezosun “Blue Origin” şirkəti “New Shepard” gəmisində suborbital ekskursiya üçün bir bilet hərraca çıxarıb.

Bu barədə “Forbes” xəbər yayıb. Bildirilir ki, ərizə üçün indidən müraciət etmək olar, ancaq hərrac üç mərhələdə keçiriləcək:

- Mayın 19-na kimi ərizə qəbulu (təklif olunan məbləğlər gizli qalacaq)

- Mayın 19-dan etibarən müraciət edənlərin təklif etdikləri məbləğ açıq olacaq və hərrac başlayacaq.

- 12 iyunda satış bitəcək.

Uçuş iyulun 20-nə planlaşdırılıb. Kapsul 6 nəfər üçün nəzərdə tutulub.

“Blue Origin” digər beş yerdə kimlərin olacağını açıqlamayıb (ehtimal ki, şirkət əməkdaşları olacaq).

Sərnişinlər Yerə paraşütlü kapsullarda qayıdacaqlar.