Logo

Kontakt Home işçi axtarır – VAKANSİYA


Kontakt Home İnstagram hekayə meneceri vəzifəsinə işçi axtarır.

Vəzifə öhdəlikləri:

  • İnstagram sosial şəbəkəsində canlı yayımların edilməsi, hekayələrin yerləşdirilməsi;
  • İnstagram hekayələri üçün məhsullar haqqında araşdırma edib video kontentlərlərin hazırlanması;
  • İnstagram hekayələri üçün kreativ video kontentlərin hazırlanması;
  • Canlı yayım zamanı izləyicilərə məhsulların tanıdılması, məhsullar haqqında ətraflı və doğru məlumatların verilməsi;
  • Rəhbərlik tərəfindən verilən tapşırıqlarının vaxtında və tələb olunan qaydada yerinə yetirilməsi.

Tələblər:

  • Səlis Azərbaycan dili biliyi, Rus dili biliyi üstünlükdür;
  • Səlis və aydın intonasiya ilə danışıq bacarığı;
  • Xoş səs tonu;
  • Yüksək ünsiyət qurmaq bacarığı;
  • Aktivlik, çeviklik və məsuliyyətlilik.

İş şəraiti:

  • İş günləri: I-V günlər;
  • İş saatı: 09:00-18:00.

Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

2022-06-23 15:28:00 630
Teqlər: