2022-ci ilin I yarısında KOB inkişaf mərkəzləri (KOBİM) 8 minə yaxın KOB subyektinə və biznesə başlamaq istəyən şəxslərə bilik və bacarıqlarının artırılması üçün ödənişsiz olaraq 400-dən çox təlim keçib.

 İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov özünün "Twitter" hesabında yazıb.

O.Məmmədovun sözlərinə görə, 1 000-ə yaxın sahibkara məsləhət xidməti göstərilib, 170-a yaxın biznes-plan hazırlanıb.